Məktəbəqədər təhsilin əhatə dairəsinin genişləndirilməsi, müxtəlif səbəblərdən məktəbəqədər təhsillə əhatə oluna bilməyən uşaqların cəlb edilməsi Elm və Təhsil Nazirliyinin əsas strateji hədəflərindəndir. Bu məqsədlə nazirlik tərəfindən alternativ modellərin tətbiqi nəzərdə tutulur. Elm və Təhsil Nazirliyindən bildirilib ki, ilk dəfə həyata keçirilən “Alternativ məktəbəqədər təhsil xidmətlərinin təşkili” pilot qrant proqramı da bu istiqamətdə görülən işlərdən biridir. Qeyd edilən proqrama 19 layihə təqdim edilib və onlardan 16-sı qrant qazanıb. Qrant qazanmış layihələr Bakı, Naxçıvan, Astara, Füzuli, Göygöl, Lənkəran, Masallı, Şəki, Şirvan, Zaqatala üzrə olmaqla ümumilikdə 16 rayon və şəhəri əhatə edir. İl ərzində həyata keçiriləcək layihələrin əsas benefisiarları müxtəlif səbəblərdən məktəbəqədər təhsillə əhatə oluna bilməyən uşaqlardır. Layihələr çərçivəsində uşaqların alternativ təhsil modellərinin köməyi ilə məktəbəqədər təhsilə cəlb edilməsi təmin olunacaq.
Təhsil eksperti Elçin Əfəndi Demokrat.az-a açıqlamasında deyib ki, respublikanın müxtəlif bölgələrində, o cümlədə paytaxtın bəzi ərazilərində uşaqların məktəbəqədər təhsilə cəlb olunması ilə bağlı problem var:

Törə Zeynallı Demokrat.az


