Hərbi Özəl

ABŞ, Cənubi Koreya və Yaponiya birgə hərbi təlimlərə başladı

ABŞ, Cənubi Koreya və Yaponiya birgə hərbi təlimlərə başladı

Cənubi Koreya, ABŞ və Yaponiya Koreya yarımadasının cənubunda birgə hərbi dəniz təlimi keçirib.

Demokrat.az xəbər verir ki, bu barədə “Yonhap” agentliyi məlumat yayıb.

Məlumata görə, təlimlə bağlı Cənubi Koreya Baş Qərargahından rəsmi açıqlama verilib.

Cənubi Koreya, ABŞ və Yaponiyanın iştirakı ilə Ceju adasının yaxınlığında keçirilən ortaq dəniz təlimində üç ölkəyə aid 9 döyüş gəmisindən istifadə edilib.

Qeyd edək ki, təlimlərdə həmçinin “USS Carl Vinson” təyyarədaşıyan gəmisindən də istifadə edilib.

Aysu Demokrat.az

D
demokrat.az