Dünya Özəl

Norveç dörd ölkədən uşaqların övladlığa götürülməsini dayandırdı

Norveç dörd ölkədən uşaqların övladlığa götürülməsini dayandırdı

Norveç Filippin, Tayland, Tayvan və Cənubi Koreyadan uşaqların övladlığa götürülməsinin dayandırıldığını açıqlayıb.

Demokrat.az xəbər verir ki, bu barədə Norveç Uşaq, Gənclik və Ailə İşləri Müdirliyindən açıqlama verilib.

Açıqlamada, qeyri-qanuni övladlığa götürmə iddiaları ilə açılan işlərin olduğu və onların ciddi şəkildə araşdırıldığı bildirilib.

Həmçinin, bu müddət ərzində Filippin, Tayland, Tayvan və Cənubi Koreyadan övladlığa götürmə prosedurlarının dayandırıldığı qeyd edilib.

Hazırda övladlığa götürmə prosesinə başlayan ailələrin əməliyyatlarını tamamlamaq üçün araşdırmanın tamamlanmasını gözləmələri lazım olduğu bildirilib.

Qeyd edək ki, Norveçin ən çox uşaq övladlığa götürdüyü yerlərə Cənubi Koreya, Tayvan, Tayland, Filippin və Kolumbiya aiddir.

Aysu Demokrat.az

NE
Nihadə Eyyubova