Üç yaşınadək uşağını təkbaşına böyüdən kişilərə yeni hüquq verilib. Bu barədə Prezident İlham Əliyev Azərbaycan Respublikasının Əmək Məcəlləsində dəyişiklik edilməsi haqqında qanunu imzlayıb. Dəyişikliyə görə, üç yaşınadək uşağını təkbaşına böyüdən kişilər gecə vaxtı yerinə yetirilən işlərə yalnız onların yazılı razılığı ilə cəlb edilə biləcəklər.
Sözügedən dəyişikliyi müsbət qiymətləndirən sosioloq Üzeyir Şəfiyev Demokrat.az-a açıqlamasında deyib ki, ana və ata uşaq üzərində birgə məsuliyyət daşıyır:
“Çox yaxşı olar ki, kişilərə atalıq məzuniyyəti də verilsin. Necə ki, qadınlara ödənişli və ödənişsiz analıq məzuniyyəti verilir, təklif edərdim ki, oxşar imtiyaz kişilərə də tətbiq olunsun. Qanunvericilikdə atalıq məzuniyyəti var, lakin ödənişsiz əsaslarladır, müddəti də çox azdır. 
Törə Zeynallı Demokrat.az


