Sosial

"Bakıdakı məktəb və bağçalarda istilik problemi yoxdur"

Bakıdakı məktəb və bağçalarda istilik problemi yoxdur

"Hazırda Bakıdakı təhsil müəssisələrində istilik təminatı ilə bağlı ciddi problem yoxdur".

Demokrat.azxəbər verir ki, bunu Bakı Şəhər üzrə Təhsil İdarəsinin Təminat, təchizat və təsərrüfat sektorunun müdiri Səccət Mahmudov jurnalistlərə açıqlamasında deyib.

"Ümumilikdə, BŞTİ-nin tabeliyində fəaliyyət göstərən təhsil müəssisələrinin 248-i mərkəzi qaydada, digər 428 isə fərdi qazanxana və qurğularla istiliklə təmin edilib", - sektor müduru əlavə edib. (Report)

D
demokrat.az