Yaponiyada 2 həftə əvvəl baş verən 7,6 bal gücündə zəlzələdə ölənlərin sayı 221-ə yüksəlib.
Demokrat.az xəbər verir ki, bu barədə “CNN” məlumat yayıb.
Bildirilib ki, ölkənin İşikava vilayətində baş verən zəlzələdə həyatını itirənlərin sayı 221-ə yüksəlib.
Səlahiyyətlilər yaralıların sayının 1016 nəfərə çatdığını, itkin düşmüş 22 nəfərin axtarışının davam etdiyini bildirib.
Aysu Demokrat.az


