Məlumdur ki, ABŞ və müttəfiqləri müxtəlif ölkələrə, əsasən də inkişafda olan dövlətlərə qarşı müxtəlif ssenarilərdən istifadə edir. Qərb emissarları bunu cəmiyyətə okeanın o tayından dəstək alması, guya "demokratik dəyişikliklərə hazırlıq" olaraq qələmə versələr də, əslində bu qüvvələrdən təzyiq vasitəsi kimi istifadə olunur.
Ən maraqlı məqam isə bu günlərdə yaşanıb. Belə ki, Amerika maliyyəsi və siyasi dəstəyilə fəaliyyət göstərdiyi heç kimə şübhə doğurmayan "qütblər" arasında münasibətlər gərginləşib. İndiyə qədər "həmrəylik" nümayiş etdirən "siyasi" və "mətbuat" qanadları bir-birinə qarşı kəskin ittihamlarla çıxış edirlər.
Sevinc Osmanqızının "Osmanqızı telelayihəsi" və Əli Kərimlinin antimilli şurası arasında seçkilərlə bağlı qarşılıqlı ziddiyyətlər dərinləşib. Osmanqızı tərəfindən “Aktiv, yoxsa passiv boykot?” tezisinə qarşı tərəf, yəni, "baykot" tapşırığını icra edənlər birincini xəyanətkarlıqda ittiham edərək kəskin reaksiya göstərirlər. Öz növbəsində Osmanqızı antimilli şuranı təhqir ritorikasında aşağılayır.
Bəs bütün bunlar niyə baş verir?
1. ABŞ və müttəfiqlərini ötən il ölkə suverenliyinin tam bərpası ilə başa çatan antiterror əməliyyatları ciddi şəkildə narahat edir.
2. Okeanın o tayında anlayırlar ki, Azərbaycana bu şəkildə təzyiq etmək nəticəsizdir və agent şəbəkə seçkilər öncəsi yenidən fəallaşdırılır.
3. Qərb Azərbaycanda saxladığı "siyasi" və "media" qanadından hesabat tələb edir. Hər iki "pozisiyada" yer alan qüvvələr əmindirlər ki, cəmiyyəti aldatmaq artıq mümkün deyil. "Hesabat" verə bilmirlər, çıxış yolunu isə bir-birini günahkar çıxarmaqda görürlər.
4. O da məlumdur ki, 7 fevral seçkilərində xalqımız yenidən öz gələcəyinə, xilaskarına etimad edəcək. Bunun isə qarşısını nə ABŞ və Qərb dairələri, eləcə də emissarların satqın və çirkin təbliğat maşını ala bilməyəcək.
5. ABŞ Azərbaycanda "emissarları seçərkən" əsas meyarlardan biri olaraq erməni əsilli faktorunu ön planda tutur. Arif və Leyla Yunus cütlüyü və s. bu qəbidəndir. Erməni diasporu isə ABŞ-da güclüdür və 2024 seçkilərində Baydenin imdadına çatacaq.
Təxribatçılar və emissarlar yenidən iş başındadır. Azərbaycan xalqı isə 7 fevral seçkilərinə, gələcək tərəqqilərə hazırlaşır. Necə deyərlər, dəyirman öz işindədir, çak-çak baş ağrıdır.
Müəllif: Azər Niftiyev


