ABŞ-də yerləşən elektrikli avtomobil istehsalçısı “Tesla”, Berlindəki fabrikində istehsalı iki həftə dayandırmaq qərarına gəlib.
Demokrat.az xəbər verir ki, şirkət bu barədə rəsmi məlumat yayıb.
Bildirilib ki, Qırmızı dənizdəki silahlı münaqişələr nəticəsində Avropa ilə Asiya arasında gəmiçilik marşrutlarının dəyişməsi tədarük zəncirinə təsir edib:
“Bu gecikmələr Almaniyada istehsala təsir edib. Buna görə də 29 Yanvar-11 Fevral tarixləri arasında Berlin-Brandenburqdakı bir neçə bölgə istisna olmaqla, avtomobil istehsalı dayandırılıb. Fevralın 12-dən etibarən istehsal tam olaraq davam edəcək”.
Aysu Demokrat.az


