Dünya Özəl

İran ABŞ və Böyük Britaniyanın Yəmənə hücumunu pislədi

İran ABŞ və Böyük Britaniyanın Yəmənə hücumunu pislədi

İran ABŞ və Böyük Britaniyanın Yəmənə hava hücumunu pisləyib.

Demokrat.az xəbər verir ki, İran Xarici İşlər Nazirliyinin sözçüsü Nasir Kenani məsələ ilə bağlı yazılı açıqlama verib.

O bildirib ki, İran ABŞ və İngiltərənin Yəmənin müxtəlif şəhərlərinə həyata keçirdiyi hərbi hücumları şiddətlə qınayır:

“ Bu hücum Yəmənin suverenliyi və ərazi bütövlüyü və beynəlxalq qanunların pozulması kimi qiymətləndirilir. Bu özbaşına hücum regionda sabitliyi pozmaqdan başqa heç bir məqsədə xidmət etməyəcək. Biz beynəlxalq ictimaiyyətdən məsuliyyətli reaksiyalar, həmçinin, hərəkətlərlə regionda müharibə, qeyri-sabitlik və etibarsızlığın yayılmasının qarşısını almasını xahiş edirik".

Aysu Demokrat.az

NE
Nihadə Eyyubova