"Seçki prosesinin işıqlandırılmasında media nümayəndələrinin rolu böyükdür. Media nümayəndələri seçkilərdə müşahidəçilərə xas hüquq və vəzifələri daşıyırlar".
Demokrat.az xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının rəsmisi İlkin Şahbazov Medianın İnkişafı Agentliyi və Mərkəzi Seçki Komissiyasının media nümayəndələri üçün seçkilərlə bağlı təşkil etdiyi təlimdə bildirib. Onun sözlərinə görə media nümayəndələri seçki məntəqələrində bütün seçki hərəkətlərini müşahidə edə bilərlər:
"Seçki prosesini işıqlandıran media nümayəndələri 4 sənəd istisna olmaqla digər sənədlərin surətlərini əldə edib tanış olmaq hüququna malikdirlər. Bu sənədlər imza vərəqələri, seçki bülleteni, seçki siyahısı və qeydiyyatdan çıxma vərəqələridir. Jurnalistin xidməti vəsiqə ilə seçki məntəqəsinə daxil olması aktiv seçki hüququnun tərkib hissəsidir".
Törə Zeynallı Demokrat.az


