Pakistanın Pəncab əyalətində soyuq hava və epidemiya səbəbindən son 10 gündə 36 uşaq pnevmoniyadan ölüb.
Demokrat.az xəbər verir ki, bu barədə “Dawn” qəzeti məlumat yayıb.
Məlumata görə, rəsmilər pnevmoniyanın uşaqlar arasında son vaxtlar yayıldığını bildiriblər.
Həmçinin, son 10 gündə ştatda 36 uşağın pnevmoniyadan öldüyü vurğulanıb.
Bölgədəki ailələrə uşaqların maska, əlcək və isti paltardan istifadə etmələri ilə bağlı xəbərdarlıq edilib.
Aysu Demokrat.az


