Daxili siyasət Özəl

Seçkilərdə təşviqatla əlaqədar əsas məhdudiyyətlər AÇIQLANDI

Seçkilərdə təşviqatla əlaqədar əsas məhdudiyyətlər AÇIQLANDI

“Seçkilər zamanı təşviqat prosesində medianın rolu hərkəsə məlumdur. Lakin bu təşviqat prosesinin də müəyyən çərçivəsi olmalıdır”.

Demokrat.az xəbər verir ki, bu sözləri bərabər seçkiqabağı təşviqat imkanları və media subyektlərinin seçkilərdə fəaliyyətinin əsaslarına həsr edilən müşavirədə Mərkəzi Seçki Komissiyasının (MSK) üzvü Fuad Cavadov bildirib.

O deyib ki, seçkiqabağı təşviqat dövründə mətbuatın və seçicilərin rolu olduğu kimi onlara qoyulan bir sıra məhdudiyyətlər var:

“Təşviqatla məşğul olan dairələr qanunla müəyyən edilib. Qanunda təşviqatla məşğul ola bilməyən dairələr və subyektlər də müəyyən olunub. Qeyri-Hökümət Təşkilatları (QHT), Xarici media orqanları və s. kimi dairələr konkret olaraq təşviqat apara bilməz”.

Aysu Demokrat.az

D
demokrat.az