“Bizim mediamızın kifayət qədər seçki təcrübəsi mövcuddur”.
Demokrat.az xəbər verir ki, bu fikirləri bərabər seçkiqabağı təşviqat imkanları və media subyektlərinin seçkilərdə fəaliyyətinin əsaslarına həsr edilən müşavirədə Mətbuat Şurasının sədri Rəşad Məcid bildirib.
O deyib ki, seçkiqabağı təşviqatın aparılması ilə bağlı Mərkəzi Seçki Komissiyasının (MSK) üzvlərinin fikirlərinə ehtiyac var:
“Televiziya əməkdaşlarına dünən Prezident İlham Əliyev ilə keçirilən müsahibə ilə bağlı təşəkkürlərimi bildirirəm. Ona görə ki, Prezident seçkilərinin növbədən kənar keçirilməsi ilə bağlı fikirlər bu yolla ətraflı şəkildə səsləndirildi və ictimaiyyətə çatdırıldı. Yeni dövrdə keçiriləcək ilk seçkilər olduğunu nəzərə alsaq, mətbuatımlzın üzərinə bu dövrdə daha böyük yük düşür.
Çünki bu dövrdəki ən xırda detallar belə mediada öz əksini tapmalıdır. Bizim mediamızın kifayət qədər seçki təcrübəsi mövcuddur.
Onu da qeyd edək ki, seçkilər dövründə sosial şəbəkələrdə saxta xəbərlərin yayımlanması da problem hallarından biridir. Bu kimi problemlərlə mübarizədə peşəkar media mühüm əhəmiyyət kəsb edir. Bu kimi halların qarşısının alınmasında məhz peşəkar media öz rolunu göstərəcək və bu kimi halların qarşısını real xəbərlərlə alacaq.
Düşünürəm ki, 7 fevral bir müddətdən sonra Azərbaycan tarixinin əlamətdar günlərindən biri olacaq və burada seçicilərin üzərinə böyük yük düşür”.
Aysu Demokrat.az


