Qəzza zolağında həyatını itirənlərin sayı 23 min 357 nəfərə yüksəlib.
Demokrat.az xəbər verir ki, bu barədə Fələstin Səhiyyə Nazirliyi açıqlama yayıb.
Açıqlamada İsrailin hücumları nəticəsində son 24 saatda 147 nəfərin öldüyü, 243 nəfərin yaralandığı bildirilib.
Çox sayda yaralının hələ də dağıntılar altında və yollarda olduğu, təcili yardım və mülki müdafiə qruplarının yaralılara çata bilmədiyi bildirilib.
Son məlumatlara görə, 7 oktyabrdan bu yana Qəzza zolağında ölənlərin sayı 23 min 357-yə, yaralıların sayı isə 59 min 410-a yüksəlib.
Aysu Demokrat.az


