Dünya Özəl

“Boeing” şirkəti havada parçalanan təyyarəsi ilə bağlı AÇIQLAMA YAYDI

“Boeing” şirkəti havada parçalanan təyyarəsi ilə bağlı AÇIQLAMA YAYDI

“Boeing” şirkəti uçuş zamanı gövdəsinin bir parçası qopmuş “737 Max 9” tipli təyyarə ilə bağlı səhvlərini qəbul etdiklərini açıqlayıb.

Demokrat.az xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.

Bildirilib ki, Alyaska Hava Yollarına məxsus 1282 saylı reysi həyata keçirən “737 Max 9” tipli təyyarənin gövdəsinin bir hissəsi havaya qalxdıqdan qısa müddət sonra qoparaq yerə yıxılıb və nəticədə təyyarədə dəlik yaranıb.

Təyyarə Portlenddə məcburi eniş edərkən xoşbəxtlikdən hadisə zamanı xəsarət alan olmayıb.

Şirkətin baş direktoru Dav Kalhoun hadisəyə görə məsuliyyəti öz üzərlərinə götürdüklərini və prosesi tam şəffaflıqla aparacaqlarını bildirib.

“Boeing” şirkəti havada parçalanan təyyarəsi ilə bağlı AÇIQLAMA YAYDI
“Boeing” şirkəti havada parçalanan təyyarəsi ilə bağlı AÇIQLAMA YAYDI

Aysu Demokrat.az

D
demokrat.az