Bakıda azyaşlı qardaş və bacıya qarşı seksual xarakterli hərəkətlər edilib.
Demokrat.az-ın əldə etdiyi məlumata görə, bu iyrənc hərəkəti paytaxt sakini Kamal Fətillazadə edib.
Onun barəsində Cinayət Məcəlləsinin 150.3.3-cü (on dörd yaşına çatmayan şəxsə qarşı seksual xarakterli hərəkətlr etmək) maddəsi ilə ittiham elan edilib.
Kamal Fətillazadənin barəsində olan cinayət işi baxılması üçün Bakı Ağır Cinayetler Məhkəməsinə göndərilib.
İş araşdırılması üçün hakim Leyla Məmmədova-Əsgərovanın icraatına verilib.
Bu iş üzrə məhkəmənin vaxtı açıqlanmayıb.
Prosesin qapalı keçirilməsi gözlənilir.
Qeyd edək ki, cinayət işi üzrə qardaş və bacı zərərçəkmiş qismində tanınıblar.
Fariz Məlikli Demokrat.az


