Dünya Özəl

Yaponiyada zəlzələ nəticəsində ölənlərin sayı 202-yə yüksəldi

Yaponiyada zəlzələ nəticəsində ölənlərin sayı 202-yə yüksəldi

Yaponiyanın qərbindəki İşikava əyalətində baş verən zəlzələlərdə həyatını itirənlərin sayı 202 nəfərə yüksəlib.

Demokrat.az xəbər verir ki, bu barədə yerli media orqanları məlumat yayıb.

Bildirilib ki, yanvarın ilk həftəsində baş verən çoxsaylı zəlzələlərdə həyatını itirənlərin sayı 202-yə yüksəlib.

Həmçinin, ştat üzrə 28 mindən çox insanın təxliyyə məntəqəsində qaldığı, 3 min 300 nəfərin isə bağlı yollar səbəbindən qapalı vəziyyətdə qaldığı qeyd edilib.

Aysu Demokrat.az

NE
Nihadə Eyyubova