Livandakı “Hizbullah” Hərəkatı İsrail hərbi məntəqəsinə hücum təşkil edib.
Demokrat.az xəbər verir ki, bu barədə “Hizbullah” qruplaşması açıqlama yayıb.
Açıqlamada, İsrailin əl-Malikiyyə hərbi məntəqəsinə müvafiq silahlarla hücum təşkil edildiyi bildirilib.
Qeyd edək ki, 8 oktyabr 2023-cü il tarixindən bu yana İsrail ordusu ilə “Hizbullah” arasında davam edən qarşıdurmalarda indiyədək 28 Livanlı mülki vətəndaş və 154 “Hizbullah”üzvü, həmçinin 5 İsrail vətəndaşı və 9 İsrail əsgəri həlak olub.
Aysu Demokrat.az


