Gündəm Özəl

“Alternativ yolların çəkilməsi Bakı-Sumqayıt istiqamətindəki tıxacı azalda bilər” — 2040-cı ilədək...

“Alternativ yolların çəkilməsi Bakı-Sumqayıt istiqamətindəki tıxacı azalda bilər” — 2040-cı ilədək...

Bakının Qaraçuxur qəsəbəsinə və Xırdalan şəhərinə metro xəttinin çəkilməsi nəzərdə tutulur. Bu, Bakı şəhərinin 2040-cı ilədək inkişafına dair Baş planında əksini tapıb. Planda Əsas Şəhər Mərkəzi (Mərkəzi Bakı) Bakı şəhərinin altı inzibati rayonunu və Qaraçuxur qəsəbəsinin ərazisini əhatə edir. Mərkəzi Bakının əhatə dairəsinə gələcək metro şəbəkəsinin əhatə edəcəyi ərazi və əsas inkişaf əraziləri daxildir.

Nəqliyyat eksperti Eldəniz Cəfərov Demokrat.az-a açıqlamasında yeni metro xətlərinin çəkilməsinin əhəmiyyətli olduğunu deyib:

“Alternativ yolların çəkilməsi Bakı-Sumqayıt istiqamətindəki tıxacı azalda bilər” — 2040-cı ilədək...

“Paytaxt Bakı və ətraf ərazilərdə alternativ yolların inşasına və nəqliyyat qovşaqlarının yaradılmasına ehtiyac var. Alternativ Bakı-Sumqayıt avtomobil yolunun, həmçinin qatar yolunun çəkilməsi labüd xarakter daşıyır. Alternativ yollar çəkildikcə Bakı-Sumqayıt istiqamətindəki tıxacların bir qədər səngiyəcəyini düşünürəm. Bu, layihədə nəzərdə tutulan yeniliklərin hansı formada həyata keçiriləcəyindən asılı olacaq. Hər bir halda yeni infrastrukturun qurulması zəruridir. Nəticəsini isə zaman göstərəcək”.

Qeyd edək ki, 2040-cı ilədək metro xətləri şəbəkəsinin ümumi uzunluğunun hazırki 36,6 km-dən 73,4 km-ə, stansiyaların sayının isə 25-dən 46-a çatdırılması nəzərdə tutulur.

Törə Zeynallı Demokrat.az

NE
Nihadə Eyyubova