Sosial Özəl

“Sızmaların qarşısını almaq mümkünsüz ola bilər” — Suyun 48 %-i itkiyə gedir

“Sızmaların qarşısını almaq mümkünsüz ola bilər” — Suyun 48 %-i itkiyə gedir

Bakı şəhərinin 2040-cı ilədək inkişafına dair Baş planında qeyd edilib ki, Azərbaycan və mərkəzi Bakı ərazisi su çatışmazlığı riski altındadır. Bildirilib ki, içməli su şəbəkəsi geniş olsa da, sistemin köhnə olması və Bakının relyefinin mürəkkəb olması səbəbilə sistemdən sızmalar olur və bu, ümumi nəql olunan suyun 48%-ni təşkil edir.

Ekoloq Rövşən Abbasov Demokrat.az-a açıqlamasında su sızmalarının qarşısını almağın çətin olduğunu nəzərə çatdırıb:

“Çünki əsas proseslər yerin altında gedir. Bakı şəhərinin mərkəz yerlərində elə su şəbəkələri var ki, bəlkə də 100 il bundan əvvəl çəkilib. Borular köhnəlib, bir çox hissələrdə deşiklər var. Bu boruları dəyişmək üçün gərək şəhər bütünlükdə qazılsın, yenilənsin. Bu, illərlə vaxt ala bilər, bəzən də mümkünsüz olur. Dünyanın bir çox şəhərlərində oxşar problem var, bəzən bununla barışmaq lazım gəlir.

“Sızmaların qarşısını almaq mümkünsüz ola bilər” — Suyun 48 %-i itkiyə gedir

Əsas problem odur ki, su itkiləri olan yerlərdə köhnə boruda qalan su içməli suyu da çirkləndirir. Su kəsiləndə həmin borular quruntdan çirkli suyu geriyə - boruya sovurur, su veriləndə həmin çirklənmiş su təmiz su ilə qarışır. Bunun qarşısını su şəbəkələrini tədricən yeniləməklə almaq olar, bu da dediyim kimi çətin prosesdir. Əhaliyə tövsiyəm odur ki, hansı ərazilərdə su fasilə ilə verilirsə, hökmən suyun verilmə vaxtları dəqiq öyrənilsin, su gələndə ilk 10-15 dəq ondan içmək üçün istifadə edilməsin. Bir neçə dəqiqə sonra boruya yığılmış su axıb gedir, təmiz su gəlir”.

Törə Zeynallı Demokrat.az

NE
Nihadə Eyyubova