Gündəm

Kürdəmir, Şəki və Bakının üç rayonunun prokurorluqları üçün yeni inzibati binaların tikintisi davam etdirilir

Kürdəmir, Şəki və Bakının üç rayonunun prokurorluqları üçün yeni inzibati binaların tikintisi davam etdirilir

Hazırda Kürdəmir, Şəki və Bakı şəhəri Nəsimi, Nərimanov və Pirallahı rayon prokurorluqlarının yeni inzibati binalarının tikintisi davam etdirilir.

Bu barədə Baş Prokurorluqda 2023-cü ildə prokurorluq orqanları tərəfindən görülmüş işlərin və qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunmuş əməliyyat müşavirəsində bildirilib.

Vurğulanıb ki, tabe qurumların infrastrukturunun yaxşılaşdırılması istiqamətində görülmüş işlər çərçivəsində 2023-cü ildə Laçın və Qəbələ rayon prokurorluqlarının yeni inzibati binaların açılışı baş tutub.

NE
Nihadə Eyyubova