Dünya Özəl

90 yaşlı qadın 5 gün sonra dağıntılar altından sağ çıxarıldı

90 yaşlı qadın 5 gün sonra dağıntılar altından sağ çıxarıldı

Yaponiyada 90 yaşlı qadın 5 gün sonra dağıntılar altından xilas edilib.

Demokrat.az Yaponiyanın "Kyodo" Xəbər Agentliyinə istinadən bildirir ki, hadisə ölkənin qərbindəki Suzu şəhərində baş verib. Belə ki, xilasedicilər çökmüş binanın dağıntıları altından yaşlı qadını çıxara biliblər.

Yaponiyada Rixter cədvəli ilə 7,6 bal gücündə baş verən zəlzələ nəticəsində ölənlərin sayı 126 nəfərə çatıb, 200-dən çox insan itkin düşüb.

Zəlzələdən ən çox zərər çəkmiş İşikava prefekturasında böyük dağıntılar və yanğınlar olub. Zəlzələ nəticəsində bir çox yollar dağıldığı üçün yardımın çatdırılması çətinləşib. İşikavada 370-ə yaxın sığınacaqda 30 minə yaxın insan yerləşib.

Törə Zeynallı Demokrat.az

NE
Nihadə Eyyubova