Region Özəl

Məşhur musiqiçi dünyasını dəyişdi

Məşhur musiqiçi dünyasını dəyişdi

Türkiyəli məşhur sənətçi Yüksel Uzel 74 yaşında dünyasını dəyişib.

Demokrat.az xəbər verir ki, bu barədə “Milliyet” məlumat yayıb.

Bildirilib ki, Türk klassik musiqisinin ustad adlarından biri olan Yüksel Uzel Cənubi Afrikada müalicə aldığı xəstəxanada dünyasını dəyişib.

Qeyd edək ki, məşhur sənətçi uzun müddət idi ki, xərçəng xəstəliyi ilə mübarizə aparırdı.

Uzun müddətdir xərçənglə mübarizə aparan Uzelin cənazəsi İstanbulda dəfn olunmaq üçün Türkiyəyə gətirilir.

Aysu Demokrat.az

NE
Nihadə Eyyubova