Əməkdar artist Gülbahar Şükürlü ötən gün vəfat edib.
Axşam.az-ın məlumatına görə, aparıcı Hacı Nuran Hüseynov onun yeni çəkilən fotosunu yayımlayıb. O bildirib ki, Yeni il gecəsi qarmon ifaçısına baş çəkib.
"Düzdür, vəziyyəti elə də yaxşı deyildi. Amma həyat dolu idi.Ona şəfa diləməkdən başqa əlimizdən heç nə gəlmirdir" deyə, Hacı Nuran bildirib.
Qeyd edək ki, G.Şükürlü uzun müddətdir xərçəngdən əziyyət çəkirdi.


