Gündəm

Uğurlu Horadiz əməliyyatından 30 il ötür — FOTO

Uğurlu Horadiz əməliyyatından 30 il ötür — FOTO

Bu gün Azərbaycan Silahlı Qüvvələrinin uğurlu Horadiz əməliyyatından 30 il ötür.

Demokrat.az xəbər verir ki, Ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə Azərbaycan Silahlı Qüvvələrinin 1994-cü il yanvarın 5-dən 6-na keçən gecə həyata keçirdiyi uğurlu əməliyyat nəticəsində Füzuli rayonunun 20-dən çox kəndi, Horadiz qəsəbəsi və Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndi işğaldan azad olunub.

Horadiz əməliyyatının həyata keçirilməsində 702 saylı briqadanın şəxsi heyəti böyük qəhrəmanlıq nümunəsi göstərib. Əməliyyat 1994-cü ildə Azərbaycan Ordusunun həyata keçirdiyi ən uğurlu əməliyyat olub. Əməliyyatda misilsiz qəhrəmanlıq nümunələri göstərdiklərinə görə 8 nəfər Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb.

Qeyd edək ki, bu gün Horadiz əməliyyatında iştirak etmiş hərbi hissənin veteranları Fəxri Xiyabanda Ulu Öndər Heydər Əliyevin xatirəsini dərin ehtiramla yad edib, məzarı önünə gül dəstələri qoyublar. Daha sonra Şəhidlər Xiyabanında Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin, həmçinin hərbi hissənin zabiti, Azərbaycanın Milli Qəhrəmanı Elxan Zülfüqarovun məzarını ziyarət edib və həmin döyüşlərdə şəhid olmuş yoldaşlarının xatirəsini yad ediblər. Onlar eyni zamanda, ikinci Şəhidlər xiyabanını da ziyarət ediblər.

NE
Nihadə Eyyubova