Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) tabeliyində olan strukturların dövlətə milyonlarla manat borcu yaranıb.
Demokrat.az Qaynarinfo-ya istinadən xəbər verir ki, Agentliyin İdarə Heyətinin sədri Saleh Məmmədovun rəhbərliyi altında fəaliyyət göstərən MMC-lərin İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinə milyonlarla vergi borcu var.
"2 №-li Magistral Yolların İstismarı" Məhdud Məsuliyyətli Cəmiyyəti - 416.866,36 manat; "3№-li Magistral Yolların İstismarı" Məhdud Məsuliyyətli Cəmiyyəti - 4.254.547,50 manar; "7№-li Magistral Yolların İstismarı" Məhdud Məsuliyyətli Cəmiyyəti -
"23 №-li Yol İstismari" Məhdud Məsuliyyətli Cəmiyyətin - 116.388,31 manat; "54№-li Yol İstismarı" Məhdud Məsuliyyətli Cəmiyyəti - 130.272,11 manat; "55 №-li Yol İstismarı" Məhdud Məsuliyyətli Cəmiyyəti - 257.021,84 manat.
Qurumun tabeliyində olan digər MMC-lərin də borclarının olması istisna edilmir.
Maraqlıdır ki, hər il dövlət büdcəsindən milyonlarla manat vəsait alan MMC-lər dövlətin vergi borcunu niyə ödəmir?



