Gündəm Özəl

Xainlərdən qəhrəmanlara və yaxud Rusiya Dağıstanın tarixini necə manipulyasiya edir

Xainlərdən qəhrəmanlara və yaxud Rusiya Dağıstanın tarixini necə manipulyasiya edir

Heç kimə sirr deyil ki, Kremlin ruporu olan Rusiya mediası tarixi manipulyasiya əl atmaqdan çəkinmir. Uzun illərdir ki, Rusiya mediası israrla Dağıstan və Dağıstanın mənfi imici üzərində işləyir. İnternetin rus seqmentində rusların hansı tarixi şəxsiyyətlərin Dağıstanın əsl qəhrəmanı olduğunu, hansının olmadığını (məsələn, Şeyx Şamil) yazılar, videolar yayılır.

Rus bloggerlərin və təbliğatçıların sevməyi və tərifləməyi təklif etdiyi qəhrəman Maqsud Əlixanov-Avarskidir. Maqsud Əlixanov avar olsa da, bütün həyatını Rusiya imperiyasına xidmətə həsr edib və Qafqaz müharibəsində rus ordusunun tərəfində vuruşub.

Rus tarixi sənədlərdə Aleksandr Mixayloviç adlandırılan Əlixanov 1846-cı il noyabrın 23-də Avar xanlığının (indiki Dağıstan) keçmiş paytaxtı Xunzasda anadan olub. Qədim avar nəslindən olan İmam Şamilin silahdaşlarından birinin oğlu olub.

Atası mürid Əlixan Şamilə xəyanət edərək rusların tərəfinə keçin və buna görə zabit rütbəsi alıb. Oğlu Maqsud Şamil tərəfindən qısa müddətə girov saxlanılsa da, azadlığa buraxılıb. Valideynlərinin pulundan və əlaqələrindən istifadə edən Maqsud Rusiyada hərbi təhsil alır, sonra həvəslə Rusiya ordusunun Osmanlıya qarşı və Qafqaz savaşlarda iştirak edir.

Onun “Dağıstan dövrü” haqqında “Rus Tarixi Ensiklopediya”sı yazır ki Maqsud Əlixanov 1870-ci il aprelin 23-də piyada ordu sıralarına daxil olmaqla Dağıstan vilayətinin hərbi komandiri şöbəsinin baş adyutantı təyin edilib. O, burada noyabrın 26-da yerli xalqın üsyanını basdırır və rus ordusu tərəfindən qılınc və Müqəddəs Vladimir ordeni ilə təltif edilir. Beləliklə qondarma “qəhrəman” müstəqillik uğrunda mübarizə aparan öz xalqına qan uddurur.

Bu qiyamdan sonra rus general Kaufman dağıstanlara belə müraciət etmişdi:" Özünüz bilin və hamıya deyin ki, indi düşmənçiliyimiz bitdi və indi bizimlə ancaq öz himayədarlarınızla görüşəcəksiniz. Qoy xalq tam əmin-amanlıq içində olsun və öz dinc həyatına üz tutsun: böyük Ağ Çarın qoşunları heç kimin incitməyəcək. Mən sizə buna zəmanət verirəm. Amma unutmayın və onu da çatdırın ki, mənim əmrlərimi qəti şəkildə yerinə yetirməyənlərə rəhm olunmayacaq".

Rusiya işğal etdiyi ölkərin xalqlarına həmişə yad gözüilə baxıb. Maqsud Əlixanov vəfat edendən sonra rus gazetleri onun dəfnini bu cür yazıilə yad edib: Oonun sinəsində dürüst, sadiq bir ürək döyünürdü və onun simasında Rusiya ona uzun illər sədaqətlə xidmət edən və faydalı bir qulluqçu itirdi. Dağıstanını vəhşi xalq adətlərini qoruyub saxlayan, müsəlman qalan Əlixanov eyni zamanda qızğın rus vətənpərvərinə çevrildi, digər ruslardan rus dilini mükəmməl mənimsədi...”.

Bu nekroloqda Dağıstan və Qafqaz xalqlarına açıq-aşkar bir hörmətsizlik var: "faydalı bir qulluqçu" , guya "vəhşi adətləri olan dağıstanlılar və sairə.

Halbuki Dağıstanın əsl vətənpərvərləri həmişə azadlıqsevər təbiətli olublar və rus imperializminə qarşı mübarizə aparıblar. Bu tarixi məqamlarda Qafqaz xalqları qəhrəmanlıq və fədakarlıq nümunələri göstərmişlər.

Dağıstanlılar bu dövrün xatirəsini ehtiramla yad etməli, qəhrəmanlarını özləri seçməlidirlər. Onlar imkan verməməlidirlər, çünki onlar xatırlayırlar ki, Maqsud Əlixanov dağıstanlılara və Şimali Qafqazın bütün xalqları üçün satqındır!

Ukraynanın Qirim.News xəbər saytının redaktoru Asif Əliyev

NE
Nihadə Eyyubova