İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) Qüds Qüvvələrinin keçmiş komandanı Qasım Süleymaninin Kermandakı məqbərəsinə aparan küçədə baş verən partlayış zamanı ölənlərin sayı 73-ə çatıb.
Bu barədə İran mətbuatı xəbər yayıb.
Qeyd olunub ki, son məlumata görə, yaralı sayı 170-dən çoxdur.
xxxx
Qasım Süleymaninin Kermandakı məqbərəsi yaxınlığında baş verən partlayış nəticəsində qurbanların sayı 50-yə çatıb.
Məlumatı Kerman valiliyinin rəsmisi də təsdiq edib və əlavə edib ki, 70 nəfərdən çox yaralanan var.
Yerli hakimiyyət orqanları hadisəni terror aktı adlandırıblar..(oxu.az)


