İqtisadiyyat

Azərbaycanın tomat ixracından gəliri 68 %-dən çox artıb

Azərbaycanın tomat ixracından gəliri 68 %-dən çox artıb

Ötən ilin yanvar-noyabr aylarında Azərbaycan140,5 milyonABŞ dolları dəyərində tomat (pomidor) ixrac edib.

Demokrat.az-ın məlumatına görə, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac İcmalı”nın dekabr sayında bildirilir.

İcmala əsasən, bu, 2022-ci ilin11ayıilə müqayisədə10,3milyonABŞ dolları və ya6,83% azdır.

2023-cü ilin noyabr ayında Azərbaycan14,4 milyonABŞ dolları dəyərində tomat ixrac edib. Bu, 2022-ci ilin noyabr ayı ilə müqayisədə0,7 milyonABŞ dolları və ya5,11 %çoxdur.

Qeyd edək ki, ötən ilin yanvar-noyabr ayları ərzində Azərbaycanın ümumi ixracı31,5 milyardABŞ dolları, qeyri-neft sektoru üzrə ixrac isə 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə10,5% artaraq3 milyardABŞ dolları təşkil edib.

NE
Nihadə Eyyubova