Ötən ilin noyabr ayında Azərbaycandan27 min 113turist Türkiyənin İstanbul şəhərinə səyahət edib.
Demokrat.az Report-a istinadənxəbər verir ki, bu barədə İstanbul Vilayəti Mədəniyyət və Turizm Müdirliyi məlumat yayıb.
Noyabr ayında İstanbul şəhərinə ümumilikdə1 milyon 288 minturist səfər edib ki, bu da illik müqayisədə4% azdır. Hesabat dövründə İstanbula ən çox Rusiyadan olan turistləri (135 min 696nəfər) gəlib. Onlardan sonra bu siyahını Almaniyadan (89 min 810), İrandan (88 min 727) və ABŞ-dan (61 min 566) olan turistlər davam etdirib.
İstanbula noyabrda səfər edən turistlərin96,7%-i və ya1 milyon 245 nəfərihava yolu ilə,43 mini dəniz yolu ilə gəlib.
2023-cü ilin yanvar-noyabr ayında isə İstanbula gələn xarici turistlərin sayı9% artaraq16 milyon 051minə çatıb.


