Gündəm

Prezidentliyə nаmizədliyin qeydə alınması üçün zəruri sənədlərin təqdim edilməsi müddəti başa çatır

Prezidentliyə nаmizədliyin qeydə alınması üçün zəruri sənədlərin təqdim edilməsi müddəti başa çatır

Gələn həftə prezidentliyə nаmizədliyin qeydə alınması üçün zəruri olan seçki sənədlərinin Mərkəzi Seçki Komissiyasına (MSK) təqdim edilməsi müddəti başa çatır.

Demokrat.az Report-a istinadən xəbər verir ki, prezidentliyə nаmizədliyin qeydə alınması üçün zəruri olan seçki sənədlərinin MSK-ya təqdim edilməsinə 2023-cü il dekabrın 19-dan başlanılıb.

Bu müddət bu il yanvarın 8-i saat 18:00-dək davam edəcək.

Bugünədək 17 nəfərin prezidentliyə namizədliyinin irəli sürülməsini təsdiqlənib.

Xatırladaq ki, MSK dekabrın 19-da hakim Yeni Azərbaycan Partiyası tərəfindənİlham Əliyevin prezidentliyə namizədliyinin irəli sürülməsini təsdiqləyib. MSK-nın dekabrın 30-da keçirilən iclasında isə İlham Əliyevin prezidentliyə namizədliyi qeydə alınıb.

Daha əvvəl isə MSK-nın dekabrın 21-də keçirilən iclasında namizədliyi özü tərəfindən irəli sürülənZahid OrucvəFuad Əliyev, Böyük Quruluş Partiyasının prezidentliyə namizədiFazil Mustafa, Böyük Azərbaycan Partiyasının prezidentliyə namizədiElşad Musayev, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının prezidentliyə namizədiQüdrət Həsənquliyev, Milli Cəbhə Partiyasının prezidentliyə namizədiRazi Nurullayevin namizədliyinin irəli sürülməsinin təsdiq olunub.

MSK-nın dekabrın 26-da keçirilən iclasında isə namizədliyi özü tərəfindən irəli sürülənSərvan Kərimov,Mətləb Mütəllimli,Abutalıb Səmədov,Fikrət Yusifov,Yusif Bağırzadə,Arzuman Abdulkərimov,Yunus OğuzvəQulamhüseyn Əlibəylinin namizədliyinin irəli sürülməsinin təsdiq olunması barədə məsələ səsverməyə çıxarılaraq qəbul edilib. Dekabrın 30-daNamizəd Səfərovnamizədliyinin irəli sürülməsini təsdiq edib.

Ötən ilin dekabrın 31-də isə MSK-nın iclasında namizədliyi özü tərəfindən irəli sürülənƏvəz Temirxanın namizədliyinin irəli sürülməsi təsdiq olunub.

Qeyd edək ki, 2024-cü il fevralın 7-də Azərbaycanda növbədənkənar Prezident seçkiləri keçiriləcək.

NE
Nihadə Eyyubova