Türkiyənin Elazığ vilayətində 4,2 bal gücündə zəlzələ baş verib.
Demokrat.az xəbər verir ki, bu barədə “AFAD” məlumat yayıb.
Məlumata görə, Elazığın mərkəzində 4,2 bal gücündə zəlzələ qeydə alınıb.
Zəlzələnin 9,36 kilometr dərinlikdə baş verdiyi müəyyən edilib.
Qeyd edək ki, zəlzələdən sonra dağıntı və ya itki hadisəsi qeydə alınmayıb.
Aysu Demokrat.az


