Rusiya-Ukrayna müharibəsində Ukraynanın ən böyük dəstəkçilərindən biri olan Böyük Britaniya, Rusiyanın hava hücumlarının qarşısını almaq üçün Kiyev rəhbərliyinə 200 hava hücumundan müdafiə raketi göndərib.
Demokrat.az xəbər verir ki, bu barədə Böyük Britaniya Müdafiə Nazirliyi məlumat yayıb.
Məlumatda, mülki əhalinin və infrastrukturun Rusiyanın pilotsuz təyyarələri və bombardmanlarından qorunmasına kömək etmək üçün Ukraynaya təxminən 200 hava hücumundan müdafiə raketi göndərildiyi açıqlanıb.
Qeyd edək ki, dəstəyin çatdırılması Rusiyanın Ukraynaya qarşı müharibənin ən böyük raket hücumlarından birini həyata keçirməsi, 18 mülki vətəndaşın ölümü və onlarla insanın yaralanması zamanı baş verib.
Aysu Demokrat.az


