Dünya Özəl

Avstraliyada köpək balığı yeniyetməyə hücum edib

Avstraliyada köpək balığı yeniyetməyə hücum edib

Avstraliyanın Cənubi Avstraliya əyalətində yeniyetmə köpəkbalığının hücumuna məruz qalaraq ölüb.

Demokrat.az xəbər verir ki, bu barədə “ABC News” məlumat yayıb.

Bildirilib ki, Ştat polisi York yarımadasındakı Ethel çimərliyi yaxınlığında bir nəfərin "ağır yaralandığı" barədə məlumat alıb.

Xəbərdarlıqdan sonra əraziyə gedən polislər cansız bədəni dənizdən çıxarılan gəncin köpək balığının hücumuna məruz qaldığını müəyyən ediblər.

Qeyd edək ki, bölgə sakinləri son vaxtlar okeanda çoxlu köpək balığı gördüklərini və bu vəziyyətdən narahat olduqlarını bildiriblər.

Aysu Demokrat.az

NE
Nihadə Eyyubova