Dünya Özəl

Konqoda daşqınlarda ölənlərin sayı 40-a yüksəldi

Konqoda daşqınlarda ölənlərin sayı 40-a yüksəldi

Konqo Demokratik Respublikasının (KDR) Cənubi-Kivu əyalətində dünən baş verən sel və torpaq sürüşməsi nəticəsində ölənlərin sayı 40-a yüksəlib.

Demokrat.az xəbər verir ki, bu barədə ölkə mətbuatı məlumat yayıb.

Məlumata görə, Cənubi Kivu vilayətinin Bukavu şəhərinin Kalingi kəndində son 4 gündür davam edən leysan yağışların səbəb olduğu sel və torpaq sürüşmələrində 40 nəfər həyatını itirib.

Axtarış-xilasetmə işlərinin davam etdiyi bölgədə ölənlərin sayının artacağı ilə bağlı narahatlıq var.

Qeyd edək ki, 2023-cü ilin may ayında güclü yağışlar nəticəsində eyni bölgədə baş verən seldə 425 nəfər həyatını itirib.

Aysu Demokrat.az

NE
Nihadə Eyyubova