Sosial

“BakuBus”un sürücüsü avtobusu saxlayıb namaz qıldı: Qurumdan AÇIQLAMA — VİDEO

“BakuBus”un sürücüsü avtobusu saxlayıb namaz qıldı: Qurumdan AÇIQLAMA — VİDEO

Avtobus sürücüsü nəqliyyat vasitəsini kənarda saxlayıb və namaz qılıb.

Avtosfer.az xəbər verir ki, bununla bağlı görüntülər sosial şəbəkələrdə yayılıb.

Belə ki, avtobus sürücüsünün bu hərəkəti birmənalı qarşılanmayıb.

“BakuBus” MMC-dən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, görüntü qurumun istismarında olan 175 saylı marşrut xəttinin son dayanacağında çəkilib:

“Daxil olmuş videogörüntü əsasında daxili araşdırma aparıldı. Son dayanacaqda avtobusun durma müddəti 9 dəqiqə təşkil edir. Sürücü həmin müddət ərzində (təqribən 3 dəqiqə) dini ibadətini yerinə yetirib. Bu, avtobusun hərəkət qrafikində heç bir gecikməyə səbəb olmayıb”.

D
demokrat.az