Hadisə Özəl

Mikroavtobusla xidməti avtomobil toqquşdu

Mikroavtobusla xidməti avtomobil toqquşdu

Türkiyədə mikroavtobusla xidməti avtomobilin toqquşması nəticəsində 9 nəfər xəsarət alıb.

Demokrat.az xəbər verir ki, bu barədə “TRT Haber” məlumat yayıb.

Bildirilib ki, hadisə ölkənin Antalya vilayətində baş verib.

İdarəetmədən çıxan mikroavtobus əks istiqamətdən gələn xidməti avtomobillə toqquşub.

Hadisə yerinə polis və təcili tibbi yardım qrupları gəlib.

Qəzada yaralanan 9 nəfər Təcili Sağlamlıq qrupları tərəfindən xəstəxanalara aparılıb.

Aysu Demokrat.az

NE
Nihadə Eyyubova