Dünya Özəl

Yeni Dehlidə İsrail səfirliyi yaxınlığında partlayış olub

Yeni Dehlidə İsrail səfirliyi yaxınlığında partlayış olub

İsrailin Yeni Dehlidəki səfirliyi yaxınlığında partlayış baş verib.

Demokrat.az xəbər verir ki, bu barədə İsrail Xarici İşlər Nazirliyi məlumat yayıb.

Məlumata görə, Yeni Dehli səfirliyi qarşısında partlayış baş verib.

Səfirlik əməkdaşlarının sağ-salamat olduğu, hadisə nəticəsində ölən və yaralananların olmadığı bildirilib.

Hindistan təhlükəsizlik orqanlarının İsrail rəsmiləri ilə koordinasiyalı şəkildə araşdırma başlatdığı açıqlanıb.

Aysu Demokrat.az

NE
Nihadə Eyyubova