İsrailin Qəzzaya hücumlarında ölənlərin sayı son 24 saatda 250 nəfər artaraq 20 min 674 nəfərə çatıb.
Demokrat.az xəbər verir ki, bu barədə Qəzza Səhiyyə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, oktyabrın 7-dən bu yana İsrailin hücumlarında həlak olan fələstinlilərin sayı 20 min 674-ə yüksəlib.
İsrail Ordusu Qəzzada Əl-Maqazi Qaçqınlar Düşərgəsini növbəti dəfə hədəfə alıb.
Mülki əhalinin yaşadığı evlərə hava zərbələri endirilib. Uşaqlar da daxil olmaqla 70 nəfər qətlə yetirilib.
Aysu Demokrat.az


