İqtisadiyyat

“AFB BANK” ASC açıq tender elan edir

“AFB BANK” ASC açıq tender elan edir

“AFB BANK” Açıq Səhmdar Cəmiyyəti açıq tender elan edir.

Tenderin adı: “AFB BANK” ASC tərəfindən EDR/XDR proqram təminatının satın alınması.

Tenderin elan tarixi: 25.12.2023

Tenderin son tarixi : 25.01.2024

30.12.2023 tarixinə kimi tenderdə iştirak yazılı olaraq təsdiq edilməlidir.

25.01.2024 tarixinə kimi qiymət təklifləri göndərilməlidir.

Tenderdə iştirak etmək istəyən şirkətlərin xidmət göstərən sahə üzrə ən azı 1 il iş fəaliyyəti olması tələb olunur.

Tenderdə iştirak üçün təqdim ediləcək sənədlər:

• tenderdə iştirak etmək üçün yazılı müraciət (ərizə) • İddiaçının tam adı, nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə və bank rekvizitləri; • İştirakçının Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərinin olmaması haqqında müvafiq vergi orqanından arayış • Oxşar layihələrdəki iştirakı haqqında məlumat; • Oxşar layihələrdə qurulma,sazlama və iş təcrübəsinin olması • Partnyor şirkət vendor ilə rəsmi tərəfdaş olmalı • tender təklifi 15.02.2024 tarixinə kimi qüvvədə olmalıdır; • tövsiyyə məktubu

Tenderdə iştirak etmək istəyən şirkətlər iştirak ərizəsini tələb edilən sənədlər ilə birlikdə 30.12.2023-cü il -tarixinə kimi poçt vasitəsilə (Bakı şəh.,Yasamal r-nu, N.Nərimanov pr.206/466 ) ünvanına Vüsal Mehdiyev adına göndərməlidir.Tenderdə iştirakı təsdiq edilən şirkətlərə ikinci mərhələdə əsas şərtlər toplusu və texniki tələblər göndəriləcək.

Yaranacaq suallarla bağlı e-mail vasitəsi ilə ( vusal.mehdiyev@afb.az ) müraciət edə və yaxud Vüsal Mehdiyev (050 290 10 66 ) ilə əlaqə saxlaya bilərsiniz.

D
demokrat.az