Kriminal Özəl

“Ərimlə qısqanclıq zəminində sözlə mübahisələrimiz olur” — MƏHKƏMƏ

“Ərimlə qısqanclıq zəminində sözlə mübahisələrimiz olur” — MƏHKƏMƏ

Şəmkir rayonunda 1987-ci il təvəllüdlü Orxan ailə münaqişəsi zəminində yaranan mübahisə zamanı həyat yoldaşı Nuranəyə (adlar şərti verilib – red.) xəsarət yetirib.

Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə bu ilin mayın 18-də rayonunun Çinarlı qəsəbəsində baş verib.

Orxan yaşadıqları evdə arvadı Nuranəyə qohumları ilə tez-tez telefonla əlaqə saxlamamasını, atası evinə getməməsini, həmçinin hadisədən bir gün əvvəl qohumu ilə telefonda artıq danışmasını irad tutub.

Mübahisə zamanı arvadının saçından tutaraq dartıb, başını aşağıya tərəf əyib və yumruqla aşağıdan yuxarıya doğru burun nahiyəsinə vuraraq ona xəsarətlər yetirib.

Hadisəni törədən Orxanın barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa xəsarət yetirmə) maddəsi ilə ittiham elan edilib.

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Orxan ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib.

O bildirib ki, ailə üzvləri ilə birlikdə Şəmkir rayonunun Çinarlı qəsəbəsində yaşayır:

“Arvadım Nuranənin əvvəllərdə qohumları ilə tez-tez telefon vasitəsilə əlaqə saxlaması, tez-tez atası evinə getməsi ilə bağlı aramızda sözlə mübahisələrimiz olub. Mayın 17-də, saat 16 radələrində yaşadığımız evdə birlikdə olduğumuz vaxt arvadım qohumu hərbi xidmətdə olan Rasimə zəng edərək məzuniyyətə gəlməsini, atası evinə gəlməsini görüşmək istədiyini dedi. Həmin vaxt icazə vermədiyim üçün arvadım atası evinə getmədi, qohumu Rasimlə görüşmədi. Bu səbəbdən aramızda sözlə mübahisə oldu”. Təqsirləndirilən şəxs qeyd edib ki, mayın 18-də, saat 9 radələrində yaşadıqları evdə arvadı Nuranə səhər yeməyi hazırlayan vaxt söhbət ediblər:

“Söhbət zamanı arvadıma mayın 17-də qohumu Rasimlə telefonda səmimi danışmasını irad tutaraq bu cür halların təkrarlanmamasını dedim, ev işləri ilə məşqul olmasını bildirdim. Həmin vaxt arvadım qohumları ilə əlaqə saxlayacağını, bununla bağlı qadağa qoya bilməyəcəyimi dediyi üçüb aramızda mübahisə baş verdi. Arvadım kobud cavab verməsindən əsəbləşərək əlim ilə onun saçından tutaraq dartdım, başını ağağıya tərəf əydim və yumruqla aşağıdan yuxarıya doğru burun nahiyəsinə vuraraq xəsarət yetirdim”.

İş üzrə zərərçəkmiş Nuranənin sözlərinə görə, əri Orxanla əvvəllər də aralarında qısqanclıq zəminində sözlə mübahisələr olub:

“Mayın 17-də, saat 16 radələrində yaşadığımız evdə ərim Rasimlə birlikdə olduğumuz vaxt hərbi xidmətdə olan qohumum Rasim zəng edərək məzuniyyətə gəlməsini, mənim atamevinə gəlməyimi, görüşmək istədiyini dedi. Həmin vaxt ərim icazə vermədiyi üçün atam evinə getmədim, qohumumla görüşmədim.

Səhəri gün, saat 9 radələrində ərimə yemək hazırlayan vaxt ərimin əvvəlki gün qohumum Rasimlə telefonda səmimi danışmağımı irad tutaraq bu cür halların təkrarlanmamasını dedi, ev işləri ilə məşğul olmağımı bildirdi. Mən isə qohumlarım ilə əlaqə saxlayacağımı, bununla bağlı qadağa qoya bilməyəcəyini dediyim üçün aramızda mübahisə baş verdi. Mübahisə zamanı ərim saçımdan tutaraq başımı aşağıya tərəf əydi və yumruqla aşağıdan yuxarıya doğru burun nahiyəmə vuraraq xəsarət yetirdi”.

Bu cinayət işinə Şəmkir Rayon Məhkəməsində baxılıb.

Məhkəmə təqsirləndirilən şəxsin zərərçəkmişlə barışmasını, zərərçəkmiş şəxsin ondan şikayətçi olmamasını nəzərə alıb. Bu səbəbdən Orxanın barəsində olan cinayət təqibinə xitam verilib.

O, cinayət məsuliyyətindən azad edilib.

Fariz Məlikli Demokrat.az

D
demokrat.az