Region Özəl

Türkiyəyə tufan xəbərdarlığı edildi

Türkiyəyə tufan xəbərdarlığı edildi

Sabah Türkiyənin Çanaqqala, İzmir, Manisa, Aydın, Antalya və Muğla vilayətində leysan xarakterli yağış yağacağı gözlənilir.

Demokrat.az xəbər verir ki, bu barədə Meteorologiya Müdirliyindən məlumat verilib.

Məlumata görə, sabah səhər saatlarından etibarən Kaş, Demre, Finike və Kumluca sahil bölgələrində çox qüvvətli; axşam saatlarından sonra şərq rayonlarında leysan xarakterli intensiv olacağı gözlənilir.

Qəfil daşqın, şimşək çaxması, dolu, güclü külək və qısamüddətli tufan kimi neqativ hallara və nəqliyyatın kəsilməsinə qarşı diqqətli olmaq lazımdır.

Aysu Demokrat.az

NE
Nihadə Eyyubova