Dünya Özəl

"Uşaqlarda görülən kariyes ananın ağzından keçməsi nəticəsində yaranır"

Uşaqlarda görülən kariyes ananın ağzından keçməsi nəticəsində yaranır

Uşaqlıqda tez-tez rast gəlinən ağız və diş problemləri ilə mübarizədə ailələrin rolu böyükdür.

Demokrat.az məsələ ilə bağlı Dr. Günseli Güven Polatın fikirlərini təqdim edir.

Sağlamlıq ağızdan başlayır. Bu səbəbdən ilk süd dişi çıxdıqdan sonra ağız və diş baxımına diqqət etmək lazımdır. Övladları bu şüuru əldə edənə qədər valideynlərin üzərinə böyük məsuliyyət düşür. Çünki məşhur inancın əksinə olaraq ağız və diş sağlamlığı ilə bağlı problemlər uşaqlıqda tez-tez rast gəlinir.

Üstəlik, bu dövrdə düzgün müalicə edilməzsə, ömürlük problemlərə və dişlərin itirilməsinə səbəb ola bilər.

Uşaqlıqda diş sağlamlığı dedikdə ağıla ilk gələn kariyes olur:

“Dünyada uşaqlarda ən çox rast gəlinən xroniki yoluxucu xəstəlik kariyesdir. Erkən uşaqlıq kariyesi dediyimiz xəstəlik xüsusilə 6 yaşa qədər uşaqlarda çox rast gəlinir.

Bəs, uşaqlıqda baş verə biləcək kariyesə qarşı tədbir görmək üçün nə etmək lazımdır?

Bu mövzuda ilk addım gələcək ananın hələ hamilə olduğu müddətdə atılır:

“Hamiləlikdən başlayaraq analara kariyesin qarşısının alınması proqramı tətbiq edilməlidir. Uşaqlarda görülən kariyes bakteriyaların ananın ağzından keçməsi nəticəsində yaranır. Əgər ananın ağzında çoxlu çürük dişlər varsa, çox güman ki, uşağının dişləri tez çürüyəcək”.

“Yemək vərdişlərini tənzimləmək də çox vacibdir. Uşaq altı aydan başlayaraq ana südü ilə qarışıq qidalanmaya keçir”, - deyə Prof. Dr. Polat bu proses zamanı qaşıqla qidalandırmağı tövsiyə edir.

“Yalnız şəkər deyil, nişastalı qidalar və ya çörək kimi karbohidratlar da çürüklərə səbəb ola bilər. Uşaqlara diş baxımı erkən yaşda ailələri tərəfindən həyata keçirilir”.

Bəs, uşaq hansı yaşda öz dişlərini fırçalaya bilər?

Bunu başa düşməyin yolubu Prof. Dr. Polat açıqlayıb:

“Uşaq ayaqqabılarını özü bağlaya bildikdə, yəni koordinasiyada hərəkətləri edə bildikdə, o zaman öz dişlərini fırçalamağa başlaya bilər. Bu, orta hesabla 9-10 yaşa uyğundur”.

Aysu Demokrat.az

NE
Nihadə Eyyubova