Orta məktəblərdə media savadlılığı haqqında fənn tədris oluna bilər.
Demokrat.az xəbər verir ki, Medianın İnkişafı Agentliyinin eksperti Pərvanə İbrahimova "Media savadlılığı" konfransında panel müzakirələr zamanı media savadlılığının tədrisdə də tətbiq edilməli olduğunu vurğulayıb:
"2020-ci ildən etibarən Bakı Dövlət Universiteyinin SABAH qruplarının jurnalistika ixtisasında media savadlılığı fənni tədris olunur. Lakin bu sadəcə humanitar fakültələri, jurnalistika ixtisasını əhatə etməməli, bütün ixtisaslarda əlavə fənn olaraq tədris edilməlidir. Beynəlxalq təcrübə onu göstərir ki, media savadlılığı barədə orda məktəblərdən başlayaraq maarifləndirmə aparılır. Qardaş Türkiyədə də media savadlılığı fənni tədris edilir".
Elm və Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsinin müdiri Səbuhi Rzayev də mövzunun əhəmiyyətinə toxunub. Onun sözlərinə görə Elm və Təhsil Nazirliyi Medianın İnkişafı Agentliyi ilə birgə media savadlılığının artırılması sahəsində orta məktəblərlə iş aparılmasını müzakirə edir:
"Media savadlılığı haqqında ayrıca fənn və ya məşğələlərin orta məktəblərin tədris proqramına əlavə edilməsi müzakirə edilir. Bu barədə qurumlar arasında dəfələrlə görüşlər keçirilib. Media savadlılığı digər fənlərlə inteqrasiya edilmiş formada da keçilə bilər".
Törə Zeynallı Demokrat.az


