Gündəm Özəl

"Dünya üzrə 2022-ci ildə kiberhücumlar səbəbilə dövlət qurumlarına 6 trilyon dollar həcmində zərər dəyib"

Dünya üzrə 2022-ci ildə kiberhücumlar səbəbilə dövlət qurumlarına 6 trilyon dollar həcmində zərər dəyib

"Azərbaycan müstəqillik əldə etdikdən sonra yerli media demokratik cəmiyyətin tərkib hissəsi kimi inkişaf edib. Ümummilli lider Heydər Əliyev və cənab Prezident İlham Əliyevin yerli medianın, azad mətbuatın inkişafına diqqət və qayğısı danılmazdır".

Demokrat.az xəbər verir ki, bunu Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin rəisi İlqar Musayev bu gün keçirilən "Media savadlılığı" konfransında deyib.

O bildirib ki, günümüzdə sosial media həyatın ayrılmaz hissəsinə çevrilib:

"Sosial medianın inkişafı özü ilə birlikdə təhlükələri də qaçılmaz edir. Sosial şəbəkə istifadəçilərinin sayının artması kiberhücumları və buna qarşı təhlükəsizlik tədbirlərini də artırır. Statistikaya əsasən dünya üzrə 2022-ci ildə kiberhücumlar səbəbilə dövlət qurumlarına 6 trilyon dollar həcmində zərər dəyib.

Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti dövlət orqanlarının informasiya sistemlərini mütəmadi monitorinq edir, mövcud təhlükələri qiymətləndirir. Təhlükəsizlik tədbirləri nəticəsində dövlət qurumlarının əməkdaşlarının elektron poçt ünvanlarına zərərli faylların göndərilməsinin qarşısı alınıb. Bu sahədə aidiyyəti qurumlarla birgə fəaliyyət davam etdirilir".

Törə Zeynallı Demokrat.az

NE
Nihadə Eyyubova