"Ölkəmizdə media sahəsində həyata keçirilən islahatlar uğurla davam edir. Media savadlılığı mövzusunda konfransın keçirilməsinin əsas məqsədi sağlam media mühitini təmin etməkdir".
Demokrat.az xəbər verir ki, bunu Medianın İnkişafı Agentliyinin icraçı direktoru Əhməd İsmayılov bu gün keçirilən "Media savadlılığı" konfransında çıxışı zamanı deyib.
O qeyd edib ki, ötən il Medianın İnkişafı Agentliyinin media sahəsində maarifləndirmə tədbirləri bölgələri də əhatə edib:
"Bölgələrdə 500-dən çox gənc media savadlılığı çərçivəsində keçirilən təlim və tədbirlərə cəlb olunub. Tədbirlər gənclər və media işçiləri ilə yanaşı təhsil işçilərini, dövlət qurumlarının əməkdaşlarını da əhatə edib. Media savadlılığını artırmaq məqsədilə mütəmadi seminarlar təşkil olunur. Bundan başqa Medianın İnkişafı Agentliyi media savadlılığı sahəsində beynəlxalq təcrübəni öyrənmək məqsədilə inkişaf proqramları həyata keçirir".
Törə Zeynallı Demokrat.az


