Dünya Özəl

Hakan Fidan iraqlı həmkarı ilə görüşdü

Hakan Fidan iraqlı həmkarı ilə görüşdü

Türkiyənin Xarici işlər naziri Hakan Fidan İraq baş nazirinin müavini və xarici işlər naziri Fuad Hüseyn ilə görüşüb.

Demokrat.az xəbər verir ki, bu barədə Türkiyə XİN məlumat yayıb.

Xarici İşlər Nazirliyinin sosial media hesabından edilən açıqlamada deyilir:

“Nazir Hakan Fidan Ankarada İraq Baş nazirinin müavini və Xarici İşlər Naziri Fuad Hüseyni qəbul edib. Milli Müdafiə Naziri Yaşar Gülər ​​və iraqlı həmkarı Sabit Abbasi də Xarici İşlər Nazirliyimizdə nümayəndə heyətləri arasında keçirilən görüşə qatılıblar”.

Aysu Demokrat.az

NE
Nihadə Eyyubova