Çinin şimal-qərbindəki Qansu əyalətində baş verən 6,2 bal gücündə zəlzələdə ölənlərin sayı 127 nəfərə yüksəlib.
Demokrat.az xəbər verir ki, bu barədə Çin Zəlzələ Şəbəkələri Mərkəzinin (CENC) məlumat yayıb.
Məlumata görə, Qansu əyalətində zəlzələ nəticəsində 113 nəfər, qonşu Çinxay əyalətində isə 14 nəfər həlak olub.
İki vilayətin sərhədinə yaxın bir bölgədə baş verən zəlzələdə Qansuda 536, Çinxayda isə 198 nəfər xəsarət alıb.
Xilasetmə işləri üçün bölgəyə yerli təbii fəlakətdən xilasetmə, yanğınsöndürmə briqadası, hərbi və polis bölmələrindən 4 minə yaxın canlı qüvvə göndərilib.
Aysu Demokrat.az


