Hadisə

Xaçmazda iki nəfər bıçaqlanıb

Xaçmazda iki nəfər bıçaqlanıb

Xaçmaz şəhəri, Bakı prospektində bıçaqlanma faktı baş verib.

APA-nın şimal bürosu xəbər verir ki, Xaçmaz sakinləri - 30 yaşlı Tural Bünyadov və 31 yaşlı Hacıağa Əzizov mübahisə zəminində bıçaqlanıblar. Onlar Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər. Vəziyyətləri orta-ağırdır.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin şimal regional qrupundan bildirilib ki, hadisəni törətməkdə şübhəli bilinən Quba rayon sakini, 26 yaşlı Fərid Mirişov polis tərəfindən saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

NE
Nihadə Eyyubova