Sosial

Aqil Ələsgər Almaniyada “Türk Dünyası Mediasına Xidmət” mükafatına layiq görüldü

Aqil Ələsgər Almaniyada “Türk Dünyası Mediasına Xidmət” mükafatına layiq görüldü

Almaniyanın Düsseldorf şəhərində 3-cü Avropa Türk Media Zirvəsi keçirildi.

100-dən çox media təmsilçisinin iştirak etdiyi mərasimə Türkiyə və Avropanın əksər ölkələrindən dövlət rəsmiləri, siyasətçilər, iş adamları, media rəhbərləri və vətəndaş cəmiyyətinin nümayəndələri qatılıblar.

Türkiyənin Düsseldorf şəhərindəki Baş konsuluAli İhsan İzbul, TÜRKSOY baş katibinin müaviniYusuf Seyit, Türkiyənin hakim AK Partiya sədrinin müaviniZəfər Sırakaya,Cümhuriyyət Xalq Partiyasından (CHP) millət vəkiliAli Öztunc, Avropa İş Adamları və Sənayeçilər Dərnəyinin rəhbəriƏziz Sarıyar, Almaniyanın Bremen şəhərindən seçilmiş deputatOğuzhan Yazıçı, “EkoAvrasiya” Dərnəyinin sədriHikmət Ərən, Niderland Türkevi İcmasının sədriVeyis Güngör, Türk Birliyi və Həmrəyliyi Dərnəyinin sədriGüvən Arıklı,Azərbaycan Mətbuat Şurası İdarə Heyətinin üzvü, Türk İnternet Media Birliyinin İdarə Heyətinin üzvü, Xarici Əlaqələr Komitəsinin sədriAqil Ələsgərvə digər tanınmış şəxslərin qatıldığı Zirvədə Avropadakı türk mediasının perspektivləri müzakirə olundu.

Tədbirin təşkilatçısı, Avropa Türk Mətbuat, Yayım və Jurnalistlər Birliyinin sədriƏli Paşa Akbaşözünün açılış nitqində Zirvənin təşkilində əsas hədəflərini bəyan etdi:

“Media Zirvəsinin məqsədi Avropada türk mediasını bir araya gətirmək, illərdən bəri həllini gözləyən problemləri birlikdə çözməkdir”.

Proqramın sonunda siyasətdən sənətə, vətəndaş cəmiyyətindən mediaya Avropada yaşayan və öz sahələrində uğur qazanan türklər müxtəlif nominasiyalar üzrə “Türk Dünyası Mediasına Xidmət” Ödülü ilə mükafatlandırıldı. Mükafatlananlar arasında Azərbaycan Mətbuat Şurası İdarə Heyətinin üzvü, “Yeni Çağ” Media Qrupunun baş direktoruAqil Ələsgərvə “Report” İnformasiya Agentliyi də var.

“Türk Dünyası Mediasına Xidmət” Ödülü təqdim edilən Aqil Ələsgər Avropa Türk Mətbuat, Yayım və Jurnalistlər Birliyinin sədri Əli Paşa Akbaşa üzərində “Xarı bülbül” təsviri olan hədiyyə ilə qarşılıq verərək, göstərilən diqqət üçün təşəkkürünü bu sözlərlə bildirib:

““Xarı bülbül” türkün son böyük zəfərinin simgəsidir. Azərbaycan ilə Türkiyənin bir bədəndə can olması ilə dünən xəyal olanlar bu gün gerçəyə döndü”.

Zirvənin yekununda xatirə fotoşəkli çəkdirilib.

NE
Nihadə Eyyubova